Apasport.az saytının məlumatına görə, 2015-ci ilin ilk siyahısında 209 yığma yer alıb.
Hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 136-cı pillədə qərarlaşıb. 2014-cü ili 135-ci yerdə tamamlayan Robert Prosineçkinin yetirmələri 1 pillə geriləyiblər.
136-cı yeri Tacikistanla bölən komandamız Vyetnamı özündən qabağa buraxıb. Sonuncular 4 pilləlik irəliləyişə nail olub.
Ümumilikdə isə dekabrın 18-də açıqlanan son siyahı ilə müqayisədə cüzi dəyişikliklər olub. Buna səbəb bu səviyyədə yığmalar səviyyəsində çox az sayda matç baş tutub.
Millimiz və “qonşuları”
131 (130). Maldiv adaları – 220
132 (132). Lixtenşteyn – 219
133 (133). Qvineya-Bisau – 218
133 (137). Vyetnam – 218
135 (134). Yeni Zelandiya - 216
136 (135). AZƏRBAYCAN – 215
136 (135). Tacikistan – 215
138 (137). Mavritaniya - 213
139 (139). Qazaxıstan - 205
140 (145). Sent-Lusiya – 202
İlk “onluğ”un tərkibində isə heç bir dəyişiklik olmayıb. Son dünya çempionu və finalçısı ilk iki pillədə yerlərini qoruyub.
İlk “onluq”
1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (7). Portuqaliya - 1160
9 (9). İspaniya - 1142
10 (10). Uruqvay – 1135
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizin də mövqeyi dəyişməz qalıb.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
11 (11). İtaliya – 1103
19 (19). Xorvatiya – 946
66 (66). Bolqarıstan - 506
67 (67). Norveç - 500
147 (147). Malta – 166
Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, “ay-ulduzlular” 1 pillə irəliləyib və artıq siyahıda 48-cidi.