Avtobus sürücüləri qısa ətək geyinib etiraz etdilər - FOTO

Avtobus sürücüləri qısa ətək geyinib etiraz etdilər - FOTO
17:58 21 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Nant şəhərində avtobus və tramvay şirkəti “Semitan”ın sürücüləri isti havalara görə şort geyinmələrinə icazə verilməsini tələb edib. Şirkət rəhbərliyi tələbi rədd etdiyindən sürücülər qısa ətək geyinərək, qərara etiraz ediblər.

Sürücülərdən biri Qabriel Maqner "qadın iş yoldaşlarımız ətək geyinir, bizim belə şansımız yoxdur. Ona görə şort geymək istəyirik. 2013-cü ildən bəri bunun üçün mübarizə aparırıq, amma şirkət imicini qorumaq istəyir" - deyə etiraz edib.

Nəqliyyat vasitəsinin içində istiliyin bəzən 50 dərəcəni aşdığını deyən digər bir sürücü "onsuz da çətin şərtlər altında işləyirik. Bu istəyimizin qəbul edilməsi az da olsa, bizi rahatlaşdırardı” - deyib.

Amin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR