Play Store

Roma papası Sudana gedə bilmədi, 500 min dollar göndərdi

Roma papası Sudana gedə bilmədi, 500 min dollar göndərdi
21:05 21 İyun 2017
19 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransiskin Cənubi Sudana səfəri bu ölkədə baş verən humanitar böhran səbəbindən baş tutmayıb.

Milli.Az Trend-ə istinadən məlumatına görə, Papa bu ilin fevralında Romadakı anqlikan məbədinə ziyarəti zamanı bu məbədin nümayəndələri ilə birgə Sudana səfər edəcəyini açıqlamışdı.

Vatikandan bildiriblər ki, pontifikin Cənubi Sudana səfəri hələlik baş tutmasa da, kilsə qapılarını bağlamayıb. Belə ki, Papa bu ölkəyə 500 min dollar həcmində yardım ayırıb.

BMT-nin hesabatına görə, Cənubi Sudanda 100 min insan aclıqdan əziyyət çəkir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR