İraqın baş naziri Mosul məscidinin partladılmasını İŞİD-in məğlubiyyəti adlandırıb

İraqın baş naziri Mosul məscidinin partladılmasını İŞİD-in məğlubiyyəti adlandırıb
06:02 22 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Mosulda Ən-Nuri cümə məscidinin partladılması İŞİD terror qruplaşmasının öz məğlubiyyətini etiraf etməsi deməkdir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi deyib.
Baş nazir qeyd edib ki, Əl-Hadba minarəsi və Ən-Nuri məscidinin partladılması İŞİD-in öz məğlubiyyətini formal olaraq etiraf etməsi anlamına gəlir.
Məscid XIII əsrdə inşa edilib və dəfələrlə yenidən qurulub. 2014-cü ildə Əbu Bəkr əl-Bağdadi "xilfət"in yarandığını məhz burada elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-bas-naziri-mosul-mescidinin-partladilmasini-i-si-d-in-meglubiyyeti-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR