Həbsdə uşaq doğan oğru qadına 8 il 6 ay HƏBS

Həbsdə uşaq doğan oğru qadına 8 il 6 ay HƏBS
12:54 22 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı İstintaq Təcridxanada uşaq dünyaya gətirən, oğurluqda təqsirləndirilən Xalidə Bəkirova, eyni zamanda onunla ittiham olunan Gülşən Bəkirova, Zoya Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Gülşən Bəkirova 8 il, Xalidə Bəkirovaya isə 8 il 6 ay cəza verilib. Zoya Nadirova isə 3000 min manat cərimə edilib.

 

 

Qeyd edək ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulmuş, digər 1 nəfər isə müəyyən edilmişdir. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib. Xatırladaq ki, X. Bəkirova İstintaq Təcridxanasında uşaq dünyaya gətirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR