Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin
13:55 22 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

Trend-in məlumatına görə, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.

Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.

Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.

Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları “Jet Airways”, 25 iyun-8 iyul tarixlərində “Air India Express” aviaşirkətləri həyata keçirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR