Məşhur bloqeri qaymaq öldürdü - FOTO

Məşhur bloqeri qaymaq öldürdü - FOTO
14:05 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Məşhur fransız dəb bloqeri və fitnes təlimatçısı Rebekka Burqer həlak olub. O, qaymaqlı krem-dozatorun partlaması nəticəsində başından ağır zərbə alıb, yıxılıb və ürəktutmasından vəfat edib.

Milli.Az Le Parisien-ə istinadən bildirir ki, olay Fransanın şərqində, R.Burqerin evində yaşanıb.

33 yaşlı bloqerin anası Facebook-dakı səhifəsində yazıb ki, qızının ölümünə səbəb içində qaymaqlı krem olan dozator-dispenserdir: "Belə dispenserlərdən istifadə etməyin. Hazırda satışda və evlərdə on minlərlə belə dispenser var. Faciə baş verməmiş onları atın".

Rebekka Burqerin Facebook-dakı səhifəsinin 56 min, İnstagram-dakı profilinin isə 154 min daimi təqibçisi vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR