"Barselona" transfer bombasını partladır: razılıq əldə olundu

"Barselona" transfer bombasını partladır:   razılıq əldə olundu
18:57 22 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sının futbolçusu Osman Dembele gələn mövsüm "Barselona"nın formasını geyinə bilər. Fanat.Az xəbər verir ki, Fransa U-15 yığmasına çağrıldığı gündən Kataloniya klubunun maraq dairəsinə düşən gənc futbolçunun transferi böyük ölçüdə həll olunub.


İspaniyanın "Sport", Almaniyanınr "Bild" qəzetiləri və Fransanın "France Football" dərgisində yer alan xəbərə görə, 20 yaşlı futbolçu "Barselona"nın təklifini qəbul edib. Tərəflər artıq 5 illik müqaviləni və onun alacağı maaşı da razılaşdırıb.


İndi "Barselona" "Borussiya" ilə anlaşmağa çalışır. Almaniya klubu ən azı 90 milyon avro transfer haqqı istəyir. "Barselona" isə 50 milyon avro tansfer haqqı və 20 milyon avro bonus təklif edir. Anlaşmanın əldə olunmaq ehtimalı böyükdü.


Qeyd edək ki, "Borussiya" Dembeleni ötən yay "Renn"dən 15 milyon avroya alıb. 20 yaşlı futbolçu Bundesliqa klubunun heyətində meydana çıxdığı 49 rəsmi oyunda 10 qol vurub və 19 məhsuldar ötürmə edib.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR