Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inin rəqibi olan "Mladost" yoxlama oyunu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, öz meydanında son Serbiya çempionu "Partizan"la qarşılaşan "Mladost" 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 52-ci dəqiqədə İvan Markoviç penaltidən vurub. "İnter"lə "Mladost"un oyunları 29 iyun - 6 iyul tarixlərində keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində