Konfederasiyalar kuboku: Almaniya Çili ilə bacarmadı

FIFA Konfederasiyalar kubokunda qrup mərhələsinin ikinci turuna yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, B qrupunda Almaniya və Çili milliləri üz-üzə gəliblər.

Oyunda hesab 6-cı dəqiqədə açılıb. Cənubi amerikalıların heyətində Aleksis Sançes fərqlənib. Birinci hissənin sonlarına yaxın Lars Ştindl hesaba tarazlıq gətirib. Qalan dəqiqələr ərzində başqa qol olmayıb.

Konfederasiyalar kuboku

B qrupu, 2-ci tur

Almaniya - Çili - 1:1

Qollar: Ştindl, 42 - Sançes, 6

2 turdan sonra hər iki komandanın hesabında 4 xal var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR