Bu qadın qocalmır - FOTO

Bu qadın qocalmır - FOTO
07:22 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Əslən Taylanddan olan Lure Hsu adlı qadın dünya mediasını bir-birinə qatıb. Yaşını öyrənən hər kəs şoka düşür.

Milli.Az xəbər verir ki, minlərlə insanı inanılmaz gənc görünüşü ilə heyrətə gətirən Lure Hsunun nə az, nə çox, düz 41 yaşı var. 18 yaşlı gənc qız kimi görünən bu qadın memardır. O, yerli mətbuata verdiyi açıqlamasında cavanlığının sirlərini bölüşüb.

41 yaşlı Lure deyir ki, bu qədər gənc və gözəl qalmasının sirri gün ərzində mümkün qədər çox su və tərəvəz istehlak etməsidir: "Mən şirin və acılı yeməklər yemirəm. Yağsız və pörtlədilmiş tərəvəzlərdən ibarət qidalara üstünlük verirəm".

Heyranları Lureni "yaşlanmayan ilahə" adlandırır: "Heyranlarım məni gözəllik ilahəsi adlandırır. Dərimin bu qədər gənc və gözəl qalmasının sirri daim nəmləndiricidən istifadə etməyimdir. Günəş şüasından qorunmaq lazımdır. Günəş şüaları insan dərisini qurudur və bu zaman kiçik qırışlar, çatlar yaranmağa başlayır".

Qısa müddətdə Lurenin "İnstaqram" izləyicilərinin sayı 230 min, "Feysbuk" və "Tvitter" hesablarında isə izləyicilərin sayı müvafiq olaraq 314 min və 340 min nəfəri keçib. Hazırda Lure mediada dünya fenomeni sayılır. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR