Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub
11:22 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Nyu-York şəhərində yerləşən "Mercer" beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında bildirib. 
Hesabata əsasən, 2017-ci ilin bahalılıq indeksi üzrə lider Anqolanın paytaxtı Luanda şəhəri yer alıb. İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) daxildir.
Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almatı 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-seheri-qlobal-bahaliliq-reytinqinde-182-ci-yeri-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR