Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu
əfqan döyüşçü İslam dinindən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
Onun sözlərinə görə, əfqan döyüşçülərin dinlərini dəyişdirməsinə
çoxları inanmır: “Biz bunu deyəndə çoxları bildirdi ki, bu, mümkün
deyil, əfqanlar dindardırlar və dinlərini dəyişdirməzlər. Lakin
faktlar göstərir ki, biz haqlıyıq”.
G.Gülbey nümunə kimi Danimarkaya köçən miqrantların dinlərini
dəyişdirməsini göstərib.
“Danimarkada dinlərini dəyişdirərək, yaşamaq icazəsi alan
miqrantların 37 faizi əfqan, 42 faizi isə İrandan gələnlərdir. Bu
fakt göstərir ki, "əfqanlar dinlərini dəyişdirməz" yanaşması doğru
deyil”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində posta
çıxarmağa əsgər tapa bilməyən Ermənistan 8 min əfqan döyüşçünü 5
illik müqavilə ilə bölgəyə gətirib. Hər bir döyüşçü Azərbaycana
qarşı döyüşdüyü 5 il ərzində ümumi olaraq 3 min dollar maaş alacaq,
daha sonra bu döyüşçülərə Ermənistan vətəndaşlığı veriləcək,
Avropaya getmək istəyənlərə isə viza almaqda köməklik
göstəriləcək.