Rafael Ağayev və Fərid Mansurov "Formula 1"də - FOTO

Rafael Ağayev və Fərid Mansurov "Formula 1"də - FOTO
13:52 23 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya karatesinin "Brilyant oğlanı" Rafael Ağayev və yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov "Formula 2" yarışlarını izləyir. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Rafael Ağayev və Fərid Mansurov bolidin fonunda selfi edib. Fəxri qonaq kimi yarışlara təşrif buyuran əfsanəvi idmançılar "Formula 1" Qran Prisi-nin texniki zonasında yer alıblar. 
 
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 "Formula-1" Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci "Formula-1" yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Bundan başqa, Bakıda keçiriləcək "Formula-1" yarışının rəsmi adı dəyişdirilərək, təqvimdə "Formula-1" Azərbaycan Qran-prisi kimi öz yerini alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR