Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Publika.az
xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin Rusiyadakı səfiri Omar Qhobaş İngiltərənin “The Guardian” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ərəb ölkələri ticarət tərəfdaşlarına “ya onları dəstəkləmək, ya da Qətərin yanında yer almaq” şərtini irəli sürəcək. Hədəf Qətərlə əməkdaşlıq edən ölkələri və şirkətləri öz tərəflərinə çəkmək və Doha ilə yaxınlığı tamamilə aradan qaldırmaqdır.

“Biz riskləri başa düşürük. Qətər tamamilə İranın təsir dairəsinə keçə bilər. Lakin onu da bilirik ki, Qətər bir seçim etməlidir”, - deyə o bildirib.

Ekspertlər Körfəz ölkələrinin Qətərə qarşı total hücuma keçəcəyini düşünürlər.

Asif