Mərhum müğənni Maykl Ceksonun ölümündən əvvəl bir həftə əvvəl yazdığı məktubları tapılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin həmin məktubları yaxın dostu olan Maykl Ceykobşaqenə yazdığı bildirilib.
Müğənni məktublarında onu öldürmək istəyənlərdən yazıb:
"Mənə çox təzyiqlər edilir, çox piss hiss edirəm. Həyatım barədə narahatam. Sistem sahib olduqlarıma görə məni öldürmək istəyir".
Qeyd edək ki, "pop kralI" 2009-cu ildə vəfat edib. Onun ölümündən sonra həkimi Konrad Murray ehtiyatsızlıqdan adam öldürməyə görə 4 il həbs cəzası almışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində