Tanınmış müğənni Mehrim yeni klip çəkdirəcək.
Bu barədə Metbuat.az-a danışan müğənni bildirib ki, "Ağ gəmi" adlı mahnısına çəkiləcək klipi tezliklə dinləyicilərinə təqdim edəcək:
"Çox tanınmış rejissorla birgə işləyəcəyik. Artıq razılığıa gəlmişik. Lakin rejissorun adını çəkmək istəmirəm. Bilirsiniz, mənim daşım ağırdır, kimlərinsə başına düşür. İstəmirəm işimə əngəl yaratsınlar".