Rusiyanın paytaxtı Moskvada yerləşən hava limanlarının fəaliyyətlərində fasilələr yaranıb.
Metbuat.az bildirir ki, hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 119 aviareys təxirə düşüb.
"Şeremetyevo" hava limanında 66, "Domodedovo"da 52, "Vnukovo"da isə 1 uçuş təxirə salınıb.
Qeyd edək ki, bu gündən etibarən Moskvada hava şəraitinin normallaşacağı gözlənilir.