İstirahət mövsümü başlasa da hələ ki, istirahət etməyən şou-biznes nümayəndələri var. Lent.az “Şou-biznes əhli harada istirahət edəcək?” sualına cavab tapmağa çalışıb. Həmin sorğunu təqdim edirik:

Əməkdar artist Xumar Qədimova: “Hələ ki, istirahət etmirəm. Çünki işlərim var. Amma yayın axırıncı ayında səfərlərim olacaq. Hansı şəhərə? Onu indidən açıqlamayacam”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Əməkdar artist Dilarə Əliyeva: “İstirahət mövsümünü artıq açıq elan etmişik. Göy-göldə, Nabranda istirahət etdik. İndi isə Türkiyəyə hazırlaşırıq”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Bahar Lətifqızı: “İstirahətə ailəmlə birgə yollanacam. Çox güman ki Azərbaycanımızın gözəl guşələrinin birində yayın dadını çıxaracağıq”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Roza Zərgərli: “Bir-iki işimi yoluna qoyum, daha sonra Türkiyədə dincələcəm”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Əməkdar artist Elza Seyidcahan: “Ən gözəl istirahət yaradıcılığımdır. Yaradıcılığımın mehli qollarında dincələcəm. Mehli, yəni gözəl, sərin küləklər. Gözəl layihələrim var. Onları da bu yay hazırlayıram”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Kərim Abbasov: “Bu il Azərbaycandan kənarda dincəlmək fikrim yoxdu. Ailəmlə birgə bağımızda istirahət edəcəyik”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Stilist Anar Ağakişiyev: “Ümumiyyətlə keçən il yaydan bəri istirahət eləməmişəm. Xarici ölkələrə səfərim yalnız işlə bağlı olub. Mən adətən orucluqda istirahət edirəm. Amma bu il yeni salon açdığıma görə, Bakıda qalmağım lazım idi. Vaxt olsa, bu il Yunanıstana gedəcəm, həmin vaxt da bütün telefonlarımı söndürəcəm”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Rəqqasə Oksana Rəsulova: “Bu il yəqin ki, dincələ bilməyəcəm. Çünki yeni serial çəkilişlərinə başlamışıq. Yay boyu onun çəkilişlərində olacam”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Rəşad İlyasov: “Artıq yay mövsümü başlayandan istirahətin dadını çıxara bilmişəm. Yessentukiyə getdim, yorğunluğumu orada çıxardım. Avqustun əvvəllərində isə Azərbaycanımızın şimal bölgəsində istirahət edəcəm”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Afaq Aslan: “Bu il Gürcüstan, Türkiyə, Fransa və Londona gedəcəm. Bir sözlə dayanmaq olmayacaq”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

Müğənni Elvin Abdullayev: “İyulun sonunda ailəmlə birgə Bodruma gedəcəm, orada dincələcəm. Daha sonra Azərbaycana qayıdıb, Qaxda istirahət edəcəyik”.

Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU