1 gün ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm amerikalı, həm də rusiyalı həmkarıyla telefon əlaqəsi yaratması bölgədə ciddi proseslərin başlayacağından xəbər verir.
Rəsmi dairələr telefon söhbətlərinin əsas mövzusunun Qətər böhranı və Suriya münaqişəsi olduğunu açıqladı. Lakin şübhə yoxdur ki, liderlər əsasən Ankaranın Suriyanın Afrin bölgəsindəki YPG-PYD terrorçularına qarşı əməliyyat hazırlığını müzakirə edib.
Ərdoğan son açıqlamalarında qəti şəkildə bəyan etdi ki, Türkiyə bu əməliyyata görə istənilən ölkəni qarşısına almağa hazırdır. Bu mənada, Moskva Ankaraya güzəşt edərək hərbçilərini bölgədən çəkdi. Hərbi mənbələrin məlumatına görə, Rusiya hətta Afrin əməliyyatlarına görə Türkiyəyə dəstək verməyə hazırdır.
Xarici mənbələr yazır ki, Rusiya bölgədə raket təlimlərinə başlayacağını açıqlayıb. Moskva 200 km radius müəyyən edərək, ABŞ hərbi təyyarələrinin həmin bölgəyə yaxınlaşmasına qadağa qoyub. Əks halda onlar hədəfə alınacaq.