Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani, əlaqələrin bərpa olunması üçün Dohaya qarşı irəli sürülən təkliflərə növbəti dəfə münasibət bildirib.
Metbuat.az-ın məlumatına görə, o qeyd edib ki, tələblər sərtdir və onların yerinə yetirilməsindən söhbət belə gedə bilməz. Nazir xüsusiylə Ankarayla bağlı məsələyə diqqət çəkib:
"Tələblər siyahısı rədd edilmək üçün hazırlanıb, qəbul edilmək və ya müzakirə edilmək üçün hazırlanmayıb. Süverenliyimizi pozan və ya Qətərə məcburən tətbiq edilən heç bir şeyi qəbul etməyəcəyik. Türkiyə hərbi bazasına dair tələb müzakirə mövzusu olmayacaq. İmzaladığımız sazişlərdən geriyə addım atmayacağıq. Türkiyə ilə əlaqələrimizə həqiqətən dəyər veririk"
Sübhan / METBUAT.az