Azərbaycanlı müğənni Samir Cavadzadə yeni ifa etdiyi “Mayami” adlı yeni mahnısına çəkilmək üçün qız axtarır. Lent.az-ın məlumatına görə, bu barədə ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib: “”Mayami” adlı mahnı ifa etmişəm, amma tam hazır deyil. İstəyirəm ki, aranjimanı daha da şux olsun. Bu yay mahnısıdır, amma hələ mahnımı hazırlatdıra bilmirəm. Bu mahnının klipi üçün “kastinq” keçirib, bir qız tapıb, Mayamiyə getmək istəyirik. Hələ ki, qız axtarırıq”.
İfaçı gec-gec efirdə görüqlməsindən də söz açıb: “Vaxt keçdikcə kimlərsə yaşlaşır, gedir, yerinə yeni nəsil gəlir. Bu normal bir şeydir. Mən elə şeylərdən qorxan deyiləm. Mən hələ gəncəm. İçimdə böyük bir gənclik var. Məni kim görür, deyir ki, 10 il bundan qabaq necə idinsə, indi də eləsən. Sadəcə bir az saqqalın uzanıb”.