Xarici vətəndaşla ailə həyatı quran məşhurlarımız

Son zamanlar bir çox gənclərimiz xarici vətəndaşla ailə həyatı qurur. Xarici vətəndaşla evlənən məşhurlarımız da az deyil. 

Metbuat.az həmin məşhurların siyahısını təqdim edir:

Müğənni İradə İbrahimova 2009-cu ildə Türkiyə vətəndaşı Ceyhun İzərlə ailə həyatı qurub. Hazırda Türkiyədə yaşayan müğənnin 2 övladı var. 

Tanınmış model Solmaz Allahverdiyeva Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Onun bu evlilikdən bir qızı dünyaya gəlib.

Müğənni Nura Suri İran vətəndaş ilə ailə həyatı qursa da, onların bu izdivacı uzun sürməyib.

Xalq artisti Fidan Hacıyeva İngiltərə vətəndaşı Filipp Neylorla ailəlidir. Onun bu evlilikdən 3 övladı var.

Müğənni Dilarə Kazımova Türkiyə vətəndaşı Mərt Aslanla evlənsə də, daha sonra onlar boşanıb.

Aparıcı Nurlana Cəfərova Türkiyə vətəndaş ilə ailə qurub. Çütlük 3 ay sonra boşanıb.

Ən çox evlənən azərbaycanlı məşhurlar - SİYAHI-Oxumaq üçün bura tıkla

Dilarə Zamanova



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR