Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müraciətdə bildirilib ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını və ona 1 saylı Əlavəni, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir” – müraciətdə qeyd olunub.
Müraciətdə vurğulanıb ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.