Dövlət Xidməti çörək satışını həyata keçirən şəxslərə müraciət edib

15:37 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:31 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycanda çörək-bulka məmulatlarının satışını həyata keçirən hüquqi və fiziki şəxslərə müraciət edib.

 

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, çörək-bulka məmulatlarının satışı zamanı yararlılıq (saxlama) müddəti ötmüş, eləcə də mövcud standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan, habelə xarab olmuş məmulatların obyektə qəbuluna və satışına yol verməməyi, məmulatları qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığmamağı, məmulatları köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellajlarda saxlamağı məsləhət görüb.

 

Bundan başqa, çörək-bulka məmulatlarının satışı zamanı yararlılıq (saxlama) müddəti ötmüş, eləcə də mövcud standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan, habelə xarab olmuş məmulatların obyektə qəbuluna və satışına yol verməməyi, məmulatları qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığmamağı, məmulatları köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellajlarda saxlamağı , məmulatları spesifik qoxulu mallardan (balıq və balıq məhsulları, tütün məmulatları, təsərrüfat malları və s.) ayrı saxlamağı, ticarət zalında (vitrinlərdə) istehlakçı üçün görünən yerdə təchizatçı (istehsalçı təsərrüfat subyekti) haqqında məlumatları (adı, ünvanı, telefon nömrəsi) əks etdirən xüsusi lövhə yerləşdirməyi, həmçinin istehlakçıların istəyi ilə çəkisi 0,5 kq və ya ondan yuxarı olan ədədi məmulatları (qablaşdırılmış məmulatlar istisna olmaqla) 2-4 hissəyə bölməklə, çəkmədən satmağı əməl etməyi tələb edir.

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hər hansı qanun pozuntusu ilə rast gəldikdə və əlavə məlumat əldə etmək üçün Dövlət Xidmətinə müraciət edə biləcəklərini vurğulayıb. (Əlaqə telefonları: 498-15-01 və 498-15-04).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR