"Everton"un hücumçusu Romelu Lukaku "Mançester Yunayted"ə keçir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, transfer 90 milyon funta başa gələcək. Bunun 75 milyonu Liverpul klubunun hesabına birbaşa köçürüləcək. 15 milyon avronun isə bonus kimi ödənilməsi nəzərdə tutulub. "Qırmızı şeytanlar" kapitan Ueyn Runinin də taleyi ilə bağlı qərar verib. Təcrübəli hücumçu 1995-2004-cü illərdə oynadığı "Everton"a geri qayıdacaq. Onun Mersisayd təmsilçisinə azad agent kimi buraxılması gözlənilir. Lukaku hazırda Los-Ancelesdə istirahət edir. Onun "Yunayted"ə transfer öncəsi Amerikada tibbi müayinədən keçirilməsi mümkündür.

Qeyd edək ki, belçikalı hücumçu ilə "Chelsea" də ciddi maraqlanırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində