Premyer Liqanın debütantı "Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.

19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Gil Visente"də keçirib.

Qeyd edək ki, dünən Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində