Son zamanlarda boşanmalar artıb. Boşananların daha çoxu isə tanınmış şəxslərdir. Ailə həyatı uğursuz olanlar arasında jurnalistlər də var.
Metbuat.az boşanan jurnalistləri təqdim edir:
| Azərbaycanlı aktrisa Türkiyədə münsif oldu - FOTOLAR - Oxumaq üçün bura tıkla |
Jurnalist-blogger Günel Fərhad Eminin ilk evliliyi uğursuz alınıb.
Jurnalist Xalidə Gəray da boşananlar sırasındandır. Onun bu evlilikdən iki övladı var.
Redaktor-yazıçı Rəbiqə Nazimqızının da ailə həyatı alınmayıb.
Jurnalist-yazıçı Cəlil Cavanşir də boşanıb.
Jurnalist-aparıcı Murad Əzimzadə həmkarı Ülviyyə Elxanqızı ilə evlilik həyatına son qoyub.
Jurnalist-aparıcı Cavid Osmanov bir müddət öncə həmkarı Zəhra Osmanova ilə boşanıb.
Jurnalist-aparıcı İlqar Mikayıloğlu da boşanan jurnalistlər sırasındadır. O, daha sonra aparıcı-hüquqşunas Zülfiyyə Bayramova ilə ailə həyatı qurub.
Jurnalist-yazıçı Murad Könəqala da boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurub.
Jurnalist-yazıçı Aysel Əlizadə isə şair Aqşin Yenisey ilə olan evliliyinə son qoyub. O, daha sonra siyasi fəal Ramin Hacılı ilə ailə həyatı qurub.
Jurnalist-yazıçı Kəramət Böyükçöl boşanıb yenidən ailə quran jurnalistlərdəndir. Onun ilk evliliyindən Jasmin adlı bir qızı var.
Jurnalist-aparıcı İradə İsak da boşananlar sırasındadır. O, ikinci dəfə həmkarı Yaşar İsakovla ailə həyatı qurub.
Jurnalist İradə Cəlil də boşanıb. Onun iki oğlu var.
Jurnalist-yazıçı Qan Turalı ilk ailə həyatına son qoyduqdan sonra, ikinci dəfə Könül Vəlibəli ilə ailə həyatı qurub.
Jurnalist-yazıçı Günel Mövlud da ilk həyat yoldaşından boşanaraq, ikinci dəfə ailə həyatı qurub..
Jurnalist Sima Çələbi iki dəfə ailə həyatı qursa da, hər iki evliliyi uğurlu alınmayıb.
Jurnalist-aparıcı Mətanət Əliverdiyeva iki dəfə ailə həyatı qurub. Hər iki evliliyi uğursuz olub.
Jurnalist -Vaqif Aydınoğlu həmkarı Samirə Mustafayevadan bu yaxınlarda boşanıb.
Jurnalist Tünzalə Rafiqızı da boşananlar sırasındadır.
Jurnalist-aparıcı Nurlana Cəfərova Türkiyə vətəndaşı olan Mehmet Uğurdan boşanıb. Onların ailə həyatı cəmi 3 ay çəkib.
Jurnalist Lalə Azərtaş da boşanıb. Onun bu evlilikdən iki qızı var.
Jurnalist Nigar Mahmudova da boşananlar sırasındandır.
Jurnalist Sevinc Osmanqızı da evlilik həyatına son qoyan jurnalistlərdəndir.
Jurnalist Mirşahin Ağayev isə iki dəfə boşanaraq, üçüncü dəfə ailə həyatı qurub.
Dilarə Zamanova / Metbuat.az