"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın sabiq kapitanı Ueyn Runinin "Everton"a transferindən danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında portuqal mütəxəsis onu fikrindən döndərməyə çalışdığını deyib.
"Uzun zaman Runinin pərəstişkarı olduğum heç kimə sirr deyil. O, "Yunayted" oynadığı müddətdə peşəkarlıq nümunəsi olub və adını tarixə yazdırıb. Böyük futbolçunun istədiyi qədər meydana çıxmamasını görmək asan deyil. O, "Everton"a qayıtmaq istədiyini deyəndə buna mane ola bilmədim. Bizə Runinin təcrübəsi, konsentrasiyası və qətiyyəti çatışmayacaq. Gələcək karyerasında ona uğurlar arzulayıram".
31 yaşlı hücumçu 2004-cü ildə ayrıldığı "Everton"la 2019-cu ilə kimi müqavilə imzalayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində