Play Store

Sərinləmək üçün yeyirsiniz, amma zərərlidir... - DİQQƏT!

Yayın isti günlərində sərinlətdiyini düşündüyünüz bu qidaları yeməklə özünüzü riskə atırsınız. 

Metbuat.az xəbər verir ki, dietoloqlar xüsusilə, isti havalarda düzgün qidalanmağın vacibliyini vurğulayırlar. Isti havalarda nələrdən uzaq durmaq lazımdır, nə yemək olmaz?

Dietoloqlar deyir ki, bir kasa dondurma təxminən 400 kaloridir. Sərinləmək istəyərkən artıq çəki almağınıza səbəb olacaq. Buna görə də, kremli dondurmalar əvəzinə, şərbət olan buzlu dondurmalardan yeyin.

Mütəxəssislər yay aylarında şirniyyatdan uzaq durmağı və bol meyvə yeməyi məsləhət görür.

Soyuq kolanın sizi qısa müddətə sərinlətdiyini unutmayın. Daha sonra susamağa davam edəcək və bel bölgəsindəki artıq yağlardan əziyyət çəkəcəksiniz. Bunun əvəzinə sərinləşdirici təbii meyvə suları içə bilərsiniz.

Soyuq qəhvə içməyi sevirsinizsə, bu aylarda uzaq durmalı olacaqsınız. Qəhvəyə alternativ evdə hazırlanmış kompot və bitki mənşəli çaylar ola bilər.

Aysel Yaqubqızı / Metbuat.az

Şaftalı pəhrizi ilə arıqlayın - DİQQƏT! - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR