Evliliyi yalan sayılan azərbaycanlı məşhurlar

Bəzi məşhurların ailə həyatı haqda şayiələrin sonu gəlmək bilmir. Bir çox məşhurun ailə həyatının yalan, reklam üçün olduğunu belə iddia edənlər var.

Metbuat.az ailə həyatı qurmağına şübhə ilə yanaşılan məşhurları təqdim edir:

Əməkdar artist Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilov ilə ailə həyatı quranda bir çox insan bu evliliyin reklam üçün olduğunu iddia etmişdi. Amma cütlük düz 8 il ailə həyatı sürdü. Onların bu nikahdan Hüseyn adlı bir oğlu var.

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşən də fotoqraf Elxan Əlisatov ilə ailə həyatının maddi maraqlar üzərində qurulduğunu iddia edənlər tapılmışdı. Hazırda evli olan cütlüyün bir qızı var.

Müğənni Natavan Həbibi reper Dadonun nişanlanması xəbəri də birmənalı qarşılanmır. Cütlük iyul ayının 17-si ailə qurmağa hazırlaşsa da, hələ də bu münasibətə inanmayanlar var.

Rəqqasə Oksana RəsulovaElşad Xose də ailə həyatı quranda, onların nikahı haqda müxtəlif fikirlər oldu.

Müğənni Namiq Qaraçuxurlunun da evliliyinə şübhə ilə yanaşanlar çoxdur. Namiq Qaraçuxurlunun kişi toyu etməsi, gəlini toyda göstərməməsi bu şübhələri daha da artırıb. 

Aparıcı Ulvira Qarayevanın da özündən 20 yaş balaca meyxanaçı Tərlan Dağlı ilə ailə həyatı qurması birmənalı qarşılanmamışdı. Nəticədə cütlük qısa müddət sonra boşandı.

Dilarə Zamanova

Tanınmış aktrisa hicaba keçib? - Açıqlama - Oxumaq üçün bura tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR