PKK terroçuları yeni terror təşkilatı yaradır...

PKK terror təşkilatının Suriyadakı qolları PYD və YPG-nin rəhbərlik etdiyi "Suriya Demokratik Qüvvələri" (SDG) İŞİD-ə qarşı koalisiya iclası keçirəcək.

Metbuat.az bildirir ki, ABŞ nəhayət toplantı ilə bağlı yekun qərarını açıqlayıb. 

"Ağ Ev"dən verilən məlumatda ABŞ hökumətinin təmsilçilərinin sözügedən iclasda iştirak etməyəcəyi bildirilib.

“O tipli iclaslarda iştirak ABŞ maraqlarına ziddir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Yaxın Şərqdəki hadisələr müəyyən qədər sabitləşmək istiqamətində gedir. Hətta, İŞİD terror təşkilatının liderlərindən olan Əbubəkr əl-Bağdadinin ölüm xəbəri ilə bağlı məlumatlar yayılıb. İŞİD-in rolu getdikcə azalır. Terrorçu qruplaşmanın işğal etdiyi şəhərlər getdikcə nəzarət altından çıxır. Təbii ki, baş verənlər müəyyən qüvvələri narahat edir. Ona görə də onlar çalışırlar ki, yeni tipli silahlı qüvvələr yaratsınlar. ABŞ-ın əsas məqsədi maraqlarına uyğun silahlı qruplaşmalar yaratmaqdır. Gedib onlarla bir yerdə, iclasda oturmaq onun işi deyil. ABŞ-ın o tipli məxfi danışıqları aparan xüsusi xidmət orqanları var”.

... Və İŞİD liderinin ölümü təsdiqləndi - Yeni "xəlifə" kimdir?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR