Play Store

İlham Əliyev bu sözlərlə Ermənistanı diz çökdürdü - Diplomatik qələbə

"Balaca Zəhranın və nənəsinin öldürülməsi erməni faşizminin təzahürüdür və bu hərbi cinayətə görə Ermənistan öz cavabını aldı".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib:

"Dövlətimizin başçısı qeyd edib: "Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməyib. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş verib və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanıb.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq".

Millət vəkili Fazil Mustafa



"Hesab edirəm ki, bu çıxış xalqın inamını əks etdirən bir çıxışdır. Prezidentin xalqın və ordunun gücünə inamını əks etdirən bir çıxışdır. Çox professional yanaşmadır. Həqiqətən də Azərbaycan ordusu beynəlxalq güclərin Ermənistana hər hansı bir şəkildə dəstəyi olmasa,  problemi həll etmək qüdrətindədir. Lakin bəzi reallıqlar var ki, beynəlxalq güclər Ermənistanın işğalçı siyasətini dəstəkləyir.  Buna baxmayaraq bizim həm diplomatik, həm də hərbi fəaliyyətimiz reallığı dünyaya qəbul etdirmək istiqamətindədir. Prezidentin çıxışı əslində buna yönəlib. Dünya qəbul etməlidir ki, işğalçının nazı ilə oynamaq olmaz. Onlar əvvəl-axır torpaqlarımızdan çəkilməlidirlər. Əks halda müharibədən başqa yol yoxdur. Azərbaycan bu prosesdə sona qədər qətiyyətli mövqeyini davam etdirəcək".  

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov


"Cənab prezident çıxışı zamanı qeyd etdi ki, təəssüf ki, ötən illər ərzində münaqişənin həlli ilə əlaqədar heç bir real nəticə əldə edilməyib. Bu da Ermənistanın həyata keçirdiyi qeyri-konstruktiv mövqenin, siyasətin nəticəsidir. Ermənistan ciddi cəhdlə çalışır ki, hər dəfə müxtəlif təxribatlara əl atsın və bu təxribatlar vasitəsilə danışıqlar prosesi ya baş tutmasın, ya da baş tutacağı təqdirdə masa arxasında müzakirə olunan məsələlər bir qədər kənarda qalsın. Diqqət əsasən texniki xarakterli məsələlərə yönəlsin. Bu konteksdə cənab prezident xüsusilə Ermənistan ordusunun törətdiyi son hərbi cinayət məsələsinə toxundu. Ermənistanın növbəti dəfə uşaq qatili olduğunu göstərdi və qeyd etdi ki, artıq beynəlxalq aləmdə bu məsələ ilə bağlı ciddi reaksiyalar var və Azərbaycanın mövqeyi dəstəklənir. Xüsusilə də, Ermənistan hər vəchlə çalışır ki, belə təxribatlara getməklə danışıqlar prosesi alınmasın. Lakin Ermənistana olan təzyiqlər ona gətirib çıxardı ki, Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirildi və həmsədrlərin niyyəti ondan ibarətdir ki, prezidentlərin görüşü keçirilsin. Cənab prezident vurğuladı ki, danışıqlar məzmunlu, mənalı olmalıdır. Bizə danışıqlar ardınca danışıqlar yox, məhz məzmunlu danışıqlar lazımdır. Azərbaycanın bu məsələdə dəyişməz, qətiyyətli mövqeyi var. Mövqeyimiz ondan ibarətdir ki, məsələ yalnız beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır. Bundan kənarda münaqişənin həlli qeyri-mümkündür. Cənab prezident onu da vurğuladı ki, Azərbaycanın aprel döyüşlərində qazandığı zəfər nəticə etibarilə hərbi üstünlüyümüzü təmin edib. Artıq münaqişə prosesində ilk dəfə aprel döyüşlərindən sonra 3 rayonun ərazisində - Ağdərə, CəbrayılFüzulidə Azərbaycanın bayrağı dalğalanmaqdadır. Bunun çox böyük psixoloji təsiri var. Artıq həm hərbi, həm də diplomatik sahədə Azərbaycan mövqe üstünlüyü əldə edib. Bu da tənzimlənmə prosesinə öz müsbət təsirini göstərir". 

Millət vəkili Fəzail İbrahimli


"Prezident bu məsələləri daim gündəmində saxlayıb. Azərbaycanın taleyüklü bir məsələsi kimi bunu hər an, hər dəqiqə bütün görüşlərdə irəli sürür. Ermənistan tərəfinin apardığı siyasəti, Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarına sığmayan hərəkətlərini və dünyada gedən ikili standartlarla yanaşma məsələlərini daim diqqətində saxlayıb. Azərbaycanın Dağlıq Qarabağ məsələsində qətiyyətli, ardıcıl və birmənalı mövqeyi var. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bütün dünyaya  Ermənistanın törətdiyi əməllər bəyan edilir və dünya niyə bu əməllər qarşısında susur? Çıxışdan əldə edilən nəticələrdən biri odur ki, işğalçı dövləti işğalçı kimi tanıyın. Nə qədər ki, Ermənistan işğalçı dövlət kimi tanınmayacaq, o özbaşına hərəkətlər edəcək. Azərbaycanın hərbi qüdrəti, imkanı öz torpaqlarını azad etməyə çatır. Lakin ölkəmiz bu məsələni zor gücünə, hərbi yolla həll etmək istəmir. Səbri tükənəndə təbii ki, buna imkanı var. Bu məsələləri daim gündəmdə saxlayan cənab prezident çıxışı ilə bir daha Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, fəlsəfəsini, gedən proseslərin cəhətlərini aydın formada ifadə edir". 

  Aytən Novruzova / Metbuat.az

"Ordumuz 2 yaşlı Zəhranın intiqamını aldı" - İLHAM ƏLİYEV-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR