Play Store

Yol polisindən xəbərdarlıq: 400 manat cərimə....

Avtomobillərdə pərdə həvəskarı olan sürücülər qadağalara baxmayaraq pərdə və jalüzlərdən istifadə edir.

Metbuat.az xəbər verir ki, artıq 3 ildir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarı qüvvəyə minib.

 “Şəffaflığı korlayan pərdələrin istifadəsi inzibati xəta sayılır”.

 Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“1 saylı Əsasnamənin tələblərinə əsasən, nəqliyyat vasitəsinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdələrin, sayrışan işığın vurulması inzibati xəta sayılır. Lakin ölkədə keçən isti hava şəraiti ilə əlaqədar mayın 1-dən noyabrın 15-dək idarə edilən nəqliyyat vasitələrinin arxa qapı şüşələrinə sənaye yolu ilə hazırlanmış jalüzlərin çəkilməsinə icazə verilib. Hazırda isti hava şəraiti ilə əlaqədar avtomobillərin arxa qapı şüşələrində sayrışan işıqların istifadəsi ilə yanaşı, plyonkaların istismar hallarına da şahid oluruq. Belə hallar tərəfimizdən aşkar edildikdə sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunur. Plyonkaların avtomobil qapı şüşələrinə çəkilərək istismar edilməsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 150 manat cərimə edilməsini nəzərdə tutur. Bu günə qədər tərəfimizdən təxminən 100-ə qədər plyonkalı avtomobil idarə edən sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib”.

Aytən Novruzova / Metbuat.az

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.