Nazirin gözəlçə müşaviri (FOTO)

Nazirin gözəlçə müşaviri (FOTO)
16:21 8 Yanvar 2015
474 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın iqtisadiyyat nazirinin müşavirinin cazibədar fotoları yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Yanika Merilo bu fotoları ilə hər kəsi şoka salıb. Qadının çəkdirdiyi şəkillərdə cazibədar bədən quruluşunu göstərib.

Fotoların sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmasından sonra Merilo şəkilləri silmək məcburiyyətində qalıb. Yanikanın fotolarında onun məşhur Hollivud ulduzu Ancelina Coliyə bənzərliyi diqqət çəkib. Digər bir şəkildə qadın ağızında bıçaqla təsvir edilib.

Açıq-saçıq fotolar və cazibədar pozlar verən xanım Yankanın bu addımı Ukraynada günün mövzusuna çevrilib. Bəziləri qadının çox gözəl olduğunu desələrdə, çoxları qeyri-adi şəkillər çəkdirən Yanikanın psixoloji problemlərinin olduğunu söyləyib.

Qeyd edək ki, Yanika Merilo yanvar ayının 5-də Ukraynanın İqtisadiyyat Nazirinin müşaviri postuna təyin edilib.




















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR