Bu yaxınlarda ikinci dəfə ana olan müğənni Beyons instaqramda əkiz uşaqlarının şəklini paylaşıb.
Publika.az xəbər verir ki, amerikalı müğənninin Karter Rumi adını qoyduğu uşaqlarının ilk şəklini sosial şəbəkədə 3 milyona yaxın izləyicisi bəyənib.
Hamiləliyini yarıçılpaq fotosessiyası ilə elan edən 35 yaşlı ulduz son şəkillərinə "Cənab Karter və Rumi. Bu gün birinci ayımız tamam oldu” sözlərini yazıb.
Aytən