Ərəb dünyası nə vaxt sülhə imza atacaq?

"ABŞ Qətər və ərəb ölkələri arasındakı böhranda müəyyən irəliləyişin olduğunu müşahidə edir" 

Metbuat.az bildirir ki, bu barədə dövlət katibinin rəsmi nümayəndəsi Hizer Hauert məlumat verib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Reks Tillersonun münaqişə tərəfləri ilə konsultasiya keçirməsi problemin həllinə doğru atılmış addımdır.

“Qətərlə Ərəb ölkələri arasındakı böhranda hələ ki, irəliləyiş müşahidə edilmir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“Düşünürəm ki, əsas məsələ karbohidratların körfəz vasitəsilə bazara satışa çıxarılması ilə bağlıdır. Bununla yanaşı, karbohidratların bölünməsi istiqamətində müvafiq problemlərin yaranması ilə bağlıdır. Suriya böhranı sona çatmayana qədər Ərəb böhranının sona çatması da qeyri-mümkündür. Həm İraqın, həm digər Ərəb dövlətlərinin məqsədi Türkiyəni Ərəb dünyasından sıxışdırıb çıxarmaqdır. Bunu Rusiya, NATO və Türkiyə çox gözəl başa düşür.

Böhran Ərəb dövlətlərində nüfuz dairəsi olan ölkələrin razılığa gələ biləcəyi təqdirdə həll oluna bilər

Əgər ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyardlıq silah müqaviləsinə imza atırsa, deməli, böhranın bitməsi qeyri-mümkündür. Düşünürəm ki, müəyyən müddətdən sonra ABŞ-ın rəhbərliyi altında Qərbin təzyiqi ilə Ərəb dövlətlərindəki böhranı müəyyən qədər yumşaltmaq mümkün olacaq. Yəni, hər kəs öz nüfuz dairəsinə uyğun olaraq karbohidratlardan özü üçün xeyir götürə bilsə, böhran tez bir şəkildə həll oluna bilər. Çox maraqlı vəziyyət yaranıb ki, Ərəb dünyasında müəyyən bölgülər gedir. ABŞ, Rusiya, İran və digər dövlətlərin Ərəb dünyasında nüfuz dairəsi mövcuddur. Vəziyyət o vaxt qaydasına düşəcək ki, Ərəb dövlətləri öz aralarında bölgü sistemi ilə bağlı bir nəticəyə gələ biləcək”.

"Qətər və ərəb ölkələri arasındakı böhranda müəyyən irəliləyiş var" - ABŞ rəsmisi-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR