Bakıda iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxs ələ keçib.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.