Yeməyi gec gətirən arvadını güllələdi

Hindistanda 60 yaşlı kişi həyat yoldaşını yeməyi gec gətirdiyinə görə güllələyib.

Metbuat.az-ın məlumatına görə, hadisə Dehli yaxınlığında baş verib. Aşok Kumar adlı şəxs evə sərxoş vəziyyətdə gələrək, arvadı ilə yemək üstündə mübahisə edib. Mübahisə zamanı ərinin tapançadan açdığı atəş nəticəsində başından güllə yarası alan 55 yaşlı Sunaina xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, hindistanlı cinayəti yeməyin gecikdirilməsindən qəzəblənərək törədib. Kumar törətdiyi cinayəti boynuna alaraq, öz əməlindən təəssüfləndiyini bildirib. Cinayətkar həbs edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR