Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. Bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı,
Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda
DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın
terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu
səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol
bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
Xatırladaq ki, 6 ərəb ölkəsi - BƏƏ, Səudiyyə Ərəbistanı, Misir,
Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham
edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.
Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr - 18
dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.