Dəmiryolunda qiymət artacaq? - AÇIQLAMA

Artıq 2 gündür ki, "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub.

Benzinin qiymətindəki dəyişikliyin yük və sərnişin daşınmasına aidiyyatı varmı?

“Qiymət artımı müşahidə edilməyəcək”.

Bu barədə Metbuat.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib:

“Qatarlar "Aİ-92" markalı benzinlə işləmir. Dizel yanacağı və enerji ilə işləyir. Ona görə də, bahalaşmanın qatarların qiymətinə heç bir təsiri olmayacaq. Qiymətlər necə idisə, o cür də qalacaq. Yaxın zamanlarda qiymət dəyişikliyinin baş verə biləcəyi haqda məlumat yoxdur”.

DİQQƏT: Dizellə işləyən avtobillər BAHALAŞDI! - VİDEO-Oxumaq və baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR