"Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Prezidenti İlham Əliyev Latviyada rəsmi səfərdədir.

Metbuat.az bildirir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan-Baltikyanı ölkələr arasındakı vəziyyət hansı durumdadır?

“Baltikyanı ölkələrlə Azərbaycanın mütləq əlaqələri olmalıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“Cənab prezidentin Latviyaya səfəri bir daha onu göstərir ki, Avropaya inteqrasiya etmiş və Avropa İttifaqının üzvü olan NATO dövləti ilə münasibətlər çox mühümdür. Azərbaycanda Latviya ilə 30-a yaxın birgə müəssisə var. Latviyanın da əsas istiqaməti məhz logistika (məhsulun, əmtəənin, müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesi) və daşınma ilə, müasir texnologiya ilə olduğuna görə bu istiqamətdə həmin ölkə ilə mühüm əlaqə saxlanılmalıdır. Əlaqələr yalnız biznes sahəsindən ibarət deyil. Latviyada Azərbaycan diasporası fəaliyyət göstərir. Əgər Azərbaycan şimal və cənub arasından keçən logistik daşımaların birbaşa iştirakçısına çevrilibsə, Baltikyanı ölkələrlə münasibətlər hər sahədə mütləq şəkildə qurulmalıdır".

İqtisadi əlaqələr genişləndirilməlidir.

Hazırki əlaqələr çox yüksək səviyyədə deyil. Düşünürəm ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var. Siyasi baxımdan ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı, GUAM çərçivəsində əlaqələr mövcuddur. Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir dövlətdir. İstər Dağlıq Qarabağ münaqişəsi olsun, istərsə də digər məsələlərdə. Səfərin artıq ikinci günüdür. Biznes forumların keçirilməsi gözlənilir”.

Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə gəlib - FOTOLAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR