"Report”un "Monqoliya Seyças"a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.
Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.
Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük "Jeep"lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.