Metronun “Ulduz stansiyası”nda bədbəxt hadisə yaşanıb.
Metbuat.az xəbər verir ki, sərnişinlərdən birinin qatar yoluna düşməsi qatarın hərəkətində fasiləyə səbəb olub.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisənin təfərrüatlarından danışıb:
“1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu saat 15:50-də “Ulduz" stansiyasında qatar yoluna düşüb. Qatar stansiyaya daxil olub. Vətəndaş ordan çıxarılandan sonra qatar yoluna davam edib”.
Aytən Novruzova / Metbuat.az