Tanınmış estrada müğənnisi, cazibədar Nura Suri fərqli fotosessiyaya da imza atıb.

Publika.az xəbər verir ki, isti yay günlərində dayanmadan çalışan sənətçi repertuarına yeni mahnı əlavə edib. O, bununla yanaşı, fərqli fotosessiyaya da imza atıb.

İfaçı söz və musiqisi Farid Ağaya məxsus "#MazoxistO" adlanan mahnısını artıq radioda dinləyicilərinə və internet istifadəçilərinə təqdim edib.

Xarici görünüşünə xüsusi diqqət yetirən Nura yay abı-havalı fotosessiya üçün fotoqraf Əlibəy Qasımovun obyektivi önünə keçib.

Müğənninin rəngarəng, dəbli stili üzərində Leyla Əhmədova çalışıb. Onun saç və makiyajı isə Babək Qədirova məxsusdur.