Müğənni Ayan Babakişiyevanın qızı Selenanın qolu zədələnib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi övladının şəklini paylaşaraq bunları yazıb:

"Dünən gecədən Selena bizi o qədər qorxutdu ki, hələ şokdayıq. Deyirlər göz-nəfis yoxdur. Vallah var. Bir şəkil paylaşan kimi rəylərdə kirli qəlbli insanlar o dəqiqə içlərinin pisliklərin tökürlər. Çoxları yazır, hardandı sizdə bu qədər imkan?

Ay kinli insanlar, İstanbula köçməkdə təbii bir məqsədim var idi: öz şəxsi biznesim olsun. Bura müğənniliyin heç bir dəxli yoxdur. Qardaşımla şirkətimizi qurub yaradana qədər nə əziyyətlər çəkdik bunu heç kim nə bildi, nə gördü. Hər işin cəfası varsa, Allah bir gün səfasını nəsib edir. İndi oturub bəziləri, öz həyatı puç olanlar ağıllı-ağıllı yazmasın ki, səndə bu qədər pul hardandı? Məni müğənni kimi sevən, bəyənənlər var olsun.

Dünən anladım ki, övlad sahibi olmaq asan iş deyil. Allah bütün balaları qorusun. Tanrı heç kəsi əzizləri ilə sınağa çəkməsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində