Terrorçular sağ qalmaq üçün əsgərlərə pul təklif edir

İngiltərə qəzetlərindən biri Mosulda ələ keçirilən terrorçuların iraqlı əsgərlər tərəfindən öldürüldüyünü iddia edir.

Metbuat.az xəbər verir ki, jurnalist Patrik Kokburn terrorçuların həbsi əvəzinə, onların binadan atılaraq, ya da güllələnərək öldürüldüklərini deyir. O, həmçinin terrorçuların sağ qalmaq əvəzində əsgərlərə pul təklif etdiklərini də bildirib.

Qəzetdə “Başından, ayağından vurulan, əlləri arxaya doğru bağlanmış terrorçuların cəsədləri Mosul yaxınlığındakı Dəclə çayında üzür” - deyə yazı dərc olunub.

Yaşayış binası çökdü, 3 nəfər ölüb, 8 yaralı var - Pakistan / FOTOLAR-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR