"Səbail"in yeni transferi Maudo Lamine Jarjue açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa debütantının 2 illik müqavilə imzaladığı qvineya-bisaulu müdafiəçi bunları deyib:

"Karyerama Portuqaliyanın "Gil Visente" klubunda başlamışam. Ötən mövsüm bu klubun əsas heyətindəki çıxışımdan sonra "Səbail"ə transfer oldum. Buraya gəldiyim üçün xoşbəxtəm. Komandamızın uğurları üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, mənim və komanda yoldaşlarımın buradakı çıxışı uğurlu alınacaq. Bu komandanın bir hissəsi olmaq olduqca xoşdur.

Türkiyədə premyer liqa üçün məşqlərimizi davam etdiririk. Tam formaya düşmək üçün daha çox çalışmalıyıq. İnanıram ki, məhz belə də olacaq"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində