Yeni qərargah rəisinin adı açıqlandı -

Fransada yeni baş qərargah rəisinin kimliyinə aydınlıq gəlib.

Metbuat.az bildirir ki, Pirr De Vilyersdən boşalan posta Fransua Lekointre təyinat alıb. Bu barədə hökumət sözçüsü Kristofer Kastaner məlumat verib.

Qeyd edək ki, sabiq baş qərargah rəisi Pirr De Vilyers dünən istefa ərizəsini prezident Emmanuel Makrona təqdim etmişdi. O, büdcə məhdudiyyətləri səbəbindən istədiyi ordu modelini qura bilməyəcəyini əsas gətirmişdi.

General Vinsent Deportes Vilyersin istefasını "böyük böhran" kimi qələmə vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR