Yanacaqdaşıyan avtomobillər günorta yola çıxa bilərmi?

Yanacaqdaşıyan avtomobilləri demək olar ki, günün istənilən saatında şəhərin müxtəlif istiqamətlərində müşahidə etmək olar.

Metbuat.az xəbər verir ki, bu tipli avtomobillərin xüsusilə son vaxtlar qəza törədərək, güclü yanğına səbəb olması təhlükədən xəbər verir.

 “Yanacaqdaşıyan avtomobil yalnız gecə saatlarında idarə edilə bilər deyə anlayış yoxdur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Strateji əhəmiyyətə malik yüklər üçün konkret marşrut ayrılıb. Marşrut üzrə onların hərəkəti üçün şərait yaradılıb. Təbii ki, təhlükəli yüklərin daşınması ilə bağlı ayrılmış marşrut üzrə və təyin edilmiş vaxtda hərəkət təmin edilməlidir. Əks halda bu tipli avtomobili idarə edən sürücülər əməkdaşlarımız tərəfindən aşkarlandıqca, məsuliyyətə cəlb olunur. Ərazidə polis əməkdaşı görsənmirsə, bu o demək deyil ki, onlar cəzasız qalırlar. Təhlükəsizliyin təmini, asayişin qorunması kameralar vasitəsilə həyata keçirilir. Yəni, ərazidə polis əməkdaşının nəzarət aparması gözə dəyməsə də, kameraların köməyi ilə törədilən xətalar dərhal qeydə alınır və həmin sürücülər barəsində konkret tədbirlər görülür. Günün qaranlıq vaxtlarında, yəni sıxlığın, tıxacın baş verməməsi üçün nəqliyyat vasitələrinin hərəkəti yay mövsümü olduğundan axşam saat 10-dan səhər saat 8-ə qədər təmin edilir. Yanacaqdaşıyan və s.tipli avtomobillərin qarşı şüşəsində buraxılış vərəqəsi olur. Həmin buraxılış vərəqəsində avtomobilin hansı yükü daşıması, hansı kateqoriyaya aid yükü daşıması haqda məlumat olur”.

ŞOK HADİSƏ: Həkim gənc qızı bu hala saldı - FOTOLAR-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR